Qızdırma bədən hərarətinin normal dəyərlərdən (>37,9°C) yuxarı qalxması ilə müəyyən edilir və geniş spektrli xəstəliklərin ən ümumi təzahürüdür. Çox vaxt kəskin qızdırma özünü məhdudlaşdıran viral infeksiyalar (müalicəsiz öz-özünə keçməyə meylli infeksiyalar) və qeyri-mürəkkəb bakterial infeksiyalar nəticəsində yaranır və bir həftə və ya daha az müddətdə keçir. Bu, bədənin yoluxucu agentlərə və toksinlərə qarşı kompleks reaksiyasının tərkib hissəsidir. Valideynlər övladları xəstə olduqda (məsələn: qızdırma kimi uşaqlarda ümumi olan xəstəliklər zamanı) istər-istəməz narahat olurlar. Təəssüf ki, valideynlərin artan narahatlığının uşaqlarda narahatlığın artması ilə nəticələndiyi sübut edilmişdir. Buna görə də, valideynlərin uşaqlıqda tez-tez rast gəlinən hallar olan həm ağrı, həm də qızdırma ilə bağlı anlayışı və onları idarə etməsi nəinki uşaqların sağlamlığı və rifahı baxımından, həm də pediatrik təcili yardım şöbələrinə lazımsız səfərlərin iqtisadi yükünün azaldılması baxımından böyük əhəmiyyət kəsb edir. BERLIN-CHEMIE AG-də bizi qızdırmadan əziyyət çəkən xəstələr üçün məlumat və dərman vasitələrini təmin etməyə vadar edən səbəb məhz budur.