Berlin-Chemie 130 ildən artıqdır ki, dərman məhsullarının inkişafı, istehsalı və paylanması ilə məşğuldur və 1992-ci ildən etibarən İtaliyanın aparıcı farmasevtika şirkəti olan Menarini Qrupunun tam mülkiyyətində olan törəmə şirkətidir.

Menarini Qrupu haqqında daha ətraflı məlumat əldə edin

Peşəkarlar

Berlin-Chemie Online Akademiyasını kəşf edin – dünyaca məşhur mütəxəssislərdən ibarət fakültə tərəfindən aparılan hədəfli, çoxşaxəli tibbi təhsil vasitəsilə xəstə nəticələrini yaxşılaşdırmağa kömək etməyə həsr olunmuş bir platforma.

Terapevtik sahələr

Koah

KOAN NƏDİR?

Xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) ağciyərlərə daxil olan və çıxan xroniki baxımdan məhdud hava axını ilə xarakterizə olunan, normal nəfəs almanın qarşısını alan və tam bərpa olunmayan bir ağciyər xəstəliyidir. 2023-cü ildə KOAH tənəffüs yollarından gələn ümumi yükün 50%-ni təşkil edirdi. 

Siqaret çəkmək KOAH üçün əsas risk faktorudur, təsirə məruz qalanların 75%-ə qədəri cari və ya keçmiş siqaret çəkənlər tutur. Kimyəvi qıcıqlandırıcılara və çirklənməyə uzun müddət məruz qalma da KOAH-a səbəb ola bilər.

KOAH irəliləyən xəstəlikdir; onun simptomları adətən yavaş inkişaf edir, lakin zaman keçdikcə insan sağlamlığı daha da pisləşir. Əsas simptomlara tənəffüs çətinliyi və ya "havaya ehtiyac", bəlğəm ifrazı nəticəsində yaranan öskürək, xırıltı və sinənin sıxılması daxildir. KOAH xəstəliyinə tutulan insanların halı tez-tez pisləşir və ya "ağciyər sancıları" kimi bilinən kəskin pisləşmə halları ola bilir. Bu da sözügedən mənzərənin qarşısının alınmasını vacib amilə çevirir.  KOAH xəstəliyinə tutulan insanlar çox vaxt yorğunluq və depressiya kimi gündəlik simptomlardan əziyyət çəkirlər.

KOAH-ın irəliləyən xarakterinə görə erkən diaqnozun qoyulması və effektiv müalicənin aparılması vacibdir. Diaqnoz simptomlara, fiziki müayinələrə və diaqnostik testlərin nəticələrinə əsaslanır.

KOAH-ın sosial yükünü nəzərə alaraq, effektiv müalicənin məqsədi xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaqdan ibarətdir. Bu, adekvat ağciyər funksiyasının qorunub saxlanmasını, simptomların yaxşılaşdırılmasını, kəskinləşmə hallarının təkrarlanmamasını və ölüm riskinin azaldılmasını özündə ehtiva edir.