Tənəffüs yolu xəstəlikləri: Qlobal Sağlamlıq Təhlükəsizliyi üzrə Narahatlıq
Tənəffüs yollarındakı pozuntu halları və ağciyər xəstəlikləri sağlamlığa qarşı ciddi təhlükədir və dünyadakı ölümlərin əsas səbəbləri kimi ürək-damar xəstəliklərindən (ürəyin işemik xəstəliyi və insult) sonra ikinci yeri tutur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, tənəffüs yolu xəstəlikləri hər il milyonlarla insanın həyatına son qoyur.
Tənəffüs yollarının infeksiyaları əsasən müxtəlif viruslar və bakteriyalardan qaynaqlanır. Bu infeksiyalar çox vaxt yuxarı tənəffüs yollarına təsir edir və bütün dünyada çox yayılmışdır.
Polen və kif sporları kimi allergenlər də tənəffüs yollarında allergiyaya səbəb ola bilər.
Tənəffüs yolu xəstəliklərinə ilk növbədə ağciyərlərə təsir edən xroniki xəstəliklər də daxildir. Bunlara dünyada milyonlarla insana mənfi təsir edən bronxial astma və xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) daxildir.
BERLIN-CHEMIE AG təsirə məruz qalmış şəxslərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə tənəffüs yollarında pozuntulardan və astma, KOAH və tənəffüs yollarının allergiyası kimi ağciyər xəstəliklərindən əziyyət çəkən insanları dərman vasitələri ilə təmin etməyə kömək edir.