Berlin-Chemie AG MENARINI group Azərbaycan Respublikasındaki Nümayəndəliyi 20 noyabr 1998-ci ildən qeydiyyata alınmışdır və bu müddət ərzində ölkənin əczaçılıq bazarında mühüm nailiyyətlər əldə etmişdir. İlk illərdə əməkdaşlarımızın sayı on nəfərdən az olsa da, bu gün artıq 50-dən çox peşəkar mütəxəssis bir komandada uğurla çalışır. Şirkət fəaliyyətinin əsasında insan amili dayanır. Biz əməkdaşlarımızın peşəkar inkişafını, bilik və bacarıqlarının təkmilləşdirilməsini gələcək uğurlarımızın əsas şərti hesab edirik. Hər bir yaradıcı və inkişafyönümlü komanda kimi, biz də səhiyyə sisteminin xüsusiyyətlərinə, yerli infrastruktur və qanunvericilik tələblərinə uyğun şəkildə inkişaf etməyə çalışırıq. Son illər ərzində nümayəndəliyin fəaliyyəti əhəmiyyətli dərəcədə genişlənmiş, ölkə üzrə geniş əhatə dairəsinə nail olunmuşdur. Yüksək ixtisaslı heyət, komanda ruhu və inkişaf ambisiyası şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Bizim əsas məqsədimiz insanların sağlamlığına və həyat keyfiyyətinin yaxşılaşmasına töhfə verməkdir. Bu istiqamətdə uzun illərin təcrübəsi, innovativ yanaşma və dayanıqlı inkişaf strategiyası bizim üçün aparıcı dəyərlərdir. Biz dəyər verdiyimiz həyat üçün çalışırıq.
Sağlamlıq – önəmlidir!