1956 – VEB Berlin-Chemie
İkinci Dünya Müharibəsinin bitməsindən sonra Schering AG-nin Adlerşof zavodu Sovet işğalı zonasında, yəni keçmiş Almaniya Demokratik Respublikasında yerləşirdi. Demontaj nəticəsində şirkət mexanizmləri, avadanlıqları, laboratoriya alətləri və xam materiallarını itirir, lakin eyni zamanda istehsal hərbi administrasiyanın sifarişlərinə əsasən davam edir. Məhsulların böyük hissəsi təzminat kimi işğalçı Sovet qoşunları tərəfindən müsadirə edildi. 1948-ci ildə Adlerşof zavodu milliləşdirildi və dövlətə məxsus müəssisəyə çevrildi.
50-ci illərdən başlayaraq şirkət VEB Berlin-Chemie kimi qeyd edildi. Növbəti illərdə dövlətə məxsus şirkət Almaniya Demokratik Respublikasında dərman istehsalı üzrə ən böyük kimya şirkətlərindən biri oldu. Pensilin, insulin və xloramfenisola əlavə olaraq, VEB Berlin-Chemie pestisidlər və zərərvericilərə qarşı mübarizə məhsulları, daha sonra yaşayış kompleksi tikintisi üçün silikatlar və tekstil və kosmetika sənayesi üçün xam mallar istehsal etdi.