Ağrı geniş yayılmış bir haldır. Təxminən insanların 90%-i mütəmadi olaraq ağrıdan əziyyət çəkir və bu, insanların tibbi yardım axtarmasının ən çox rast gəlinən səbəbidir.
Ağrı çox vaxt düzgün müalicə olunmur. Təəssüf ki, ağrının qeyri-kafi idarə edilməsi mənfi nəticələrə səbəb ola bilər və ciddi tibbi fəsadlara (məsələn, pnevmoniya, dərin ven trombozu), zədələrdən və ya prosedurlardan sonra sağalmanın gecikməsinə və potensial olaraq xroniki ağrıya gətirib çıxara bilər. Xroniki ağrı gündəlik fəaliyyətləri çətinləşdirə və həyat keyfiyyətini azalda bilər, bu da ciddi narahatlığa səbəb olur. Ağrısı yaxşı idarə olunmayan insanlar həmçinin narahatlıq, qorxu, əsəbilik və ya depressiya yaşay bilər.
Müalicə olunmamış ağrı ciddi fiziki, psixoloji və maliyyə nəticələrinə səbəb ola bilər. Məhz bu, BERLIN-CHEMIE AG olaraq bizi kəskin ağrıdan əziyyət çəkən insanlar üçün dərman təmin etmək istiqamətində addımlar atmağa sövq edir.