Angina pektoris kimi də tanınan angina fiziki fəaliyyət və ya emosional gərginlik nəticəsində yaranan sinədəki narahatlığın keçici formasıdır. Ürək kifayət qədər oksigen qəbul etmədikdə bu hal baş verir, çünki tac arteriyalardan axan qan məhdudlaşdırılır. Bu, aterosklerozun səbəb olduğu damar daralması və ya tac arteriyaların spazmları nəticəsində ola bilər.
Angina adətən sinədə təzyiq, sıxılma və ya ağırlıq kimi hisslərlə müşahidə olunur, eyni zamanda çənə və ya dişlərdən çiyin kənarlarına və ya qollardan biləklərə və barmaqlara qədər hiss edilə bilər.
Simptomlar adətən yüksək fiziki fəaliyyətlə, məsələn, yoxuşa qalxarkən və ya güclü küləyə qarşı hərəkət edərkən və ya soyuq havada gəzərkən özünü biruzə verə və ya vəziyyəti pisləşdirə bilər. Bu zaman bir neçə dəqiqəlik istirahət insanın vəziyyətini müsbətə doğru dəyişə bilər.
Anginanın müxtəlif növləri var. Ən çox yayılmış iki növü stabil və qeyri-stabil anginadır. Stabil angina ən çox yayılmış növüdür və fiziki fəaliyyət zamanı baş verir. İstirahət və ya angina müalicəsi ilə keçib gedir və adətən beş dəqiqədən çox davam etmir.
Qeyri-stabil angina isə daha ciddidir və təcili tibbi yardım müdaxiləsi tələb edir. Qeyri-stabil angina qeyri-sabitliyi ilə xarakterizə olunur və hətta istirahət zamanı və ya gündəlik az fəaliyyətdə olan zaman da baş verə bilər. Qeyri-stabil angina daha intensivdir, çox vaxt 5 dəqiqədən çox davam edir, istirahət və ya angina dərman vasitələrinin qəbul edilməsi ilə keçmir. Düzgün qan axını olmadıqda ürək kifayət qədər oksigen almır və bu da infarkt keçirməyə səbəb olur. Qeyri-stabil angina əhəmiyyətli risk yaradır və dərhal təcili tibbi müdaxilə tələb edir.
Anginanın müalicəsi qan axınını yaxşılaşdırmaq və ağırlaşmaları azaltmaq üçün ürəkdəki əsas problemli vəziyyətin aradan qaldırılmasını ehtiva edir. Buraya laxtalanmaların qarşısını almaq üçün qan durulaşdırıcılar, qan təzyiqi və xolesterol dərman vasitələri, xüsusi angina dərman vasitələri, həyat tərzi dəyişiklikləri, perkutan prosedurlar və əməliyyatlar daxildir.