Berlin-Chemie 130 ildən artıqdır ki, dərman məhsullarının inkişafı, istehsalı və paylanması ilə məşğuldur və 1992-ci ildən etibarən İtaliyanın aparıcı farmasevtika şirkəti olan Menarini Qrupunun tam mülkiyyətində olan törəmə şirkətidir.

Menarini Qrupu haqqında daha ətraflı məlumat əldə edin

Peşəkarlar

Berlin-Chemie Online Akademiyasını kəşf edin – dünyaca məşhur mütəxəssislərdən ibarət fakültə tərəfindən aparılan hədəfli, çoxşaxəli tibbi təhsil vasitəsilə xəstə nəticələrini yaxşılaşdırmağa kömək etməyə həsr olunmuş bir platforma.

Sosial media kanalları və onlayn icması üçün istifadə şərtləri

Sosial media kanalları və onlayn icması üçün istifadə şərtləri

Berlin-Chemie AG Menarini Azərbaycan Respublikasındakı Nümayəndəliyinin  sosial media kanalları və onlayn icması üçün istifadə şərtləri

Hörmətli istifadəçi, Berlin-Chemie AG Menarini Azərbaycan Respublikasındakı Nümayəndəliyinin   (bundan sonra “Şirkət” adlandırılacaq)  sosial media kanallarına və onlayn icmasına göstərdiyiniz marağa görə təşəkkür edirik. 

Bu kanallarda rəy yazmaq və ya material paylaşmaq istədiyiniz halda bilməli olduğunuz bir sıra məsələlər var. Şirkətin missiyası yüksək keyfiyyətli məhsullar təqdim etməklə insanların həyatını yaxşılaşdırmaqdır. Bu məqsədə çatmaq üçün şirkət onu həmişə fərqləndirən dürüstlük, düzgünlük və şəffaflıq kimi dəyərlərə uyğun olaraq etik cəhətdən düzgün davranışı qəbul etmək, dəstəkləmək və təşviq etmək üçün sosial və mənəvi məsuliyyət daşıyır. Şirkət bu prinsipləri mənimsəyib və bunlara zidd olan hər hansı bir davranışı təşviq edən və ya bunlara göz yuman hərəkət və yanaşmalara qarşıdır. Şirkət xüsusi qaydalarla tənzimlənən sahələrdə fəaliyyət göstərir; buna görə də istənilən müzakirələr aşağıda qeyd olunan istifadə şərtlərinə uyğun olmalıdır. Sizin məlumatlarınız qüvvədə olan qaydalara uyğun olaraq emal ediləcəkdir. Ətraflı məlumat üçün bura klikləyin.

Şirkətin sosial media kanallarında və onlayn icmasında (bundan sonra “Kanallar”) hər hansı bir ismarıc yerləşdirən və ya paylaşılan postlara rəy yazan istənilən istifadəçi Şirkət və ya istifadə olunan sosial platformaların və onlayn icmaların sahibi olan şirkətlər tərəfindən istifadəçilərə təqdim edilən digər şərtlər və hüquqi bildirişlərlə yanaşı tətbiq olunan bu istifadə şərtlərinə riayət etməyi qəbul edir.

Mümkün olan hallarda təqdim olunan tibbi və elmi məlumatlar yalnız məlumat xarakterlidir və tibbi müdaxiləni əvəzləyən peşəkar məsləhət və ya fərdi müalicə göstərişi kimi qiymətləndirilə bilməz.

İstifadəçi qəbul edir ki, paylaşıma icazə verildiyi hallarda, seçilmiş kanalın İT funksiyaları və alətləri vasitəsilə istifadəçinin paylaşmağa qərar verdiyi istənilən məlumat, mətn, qrafik, şəkillər, onların seçimi və düzülüşü, eləcə də digər materiallar (“Məzmun”) yalnız həmin məzmunu yaradan şəxsin məsuliyyətindədir.

Sitat, bəyənnamə və şərhlərə icazə verilsə də, Şirkətin və ya digər əczaçılıq şirkətlərinin məhsulları, o cümlədən müalicə üsulları ilə bağlı müzakirələrə icazə verilmir.

İdarəetmə və moderasiya bu işlə məsul olub, paylaşılan mesajlara dövri olaraq nəzarət edən şəxslərə həvalə olunmuşdur. Həftəiçi hər gün saat 09:00-dan 18:00-dək. Hər bir halda istifadəçi anlayır ki, müvafiq Kanalı idarə edən Şirkət əvvəlcədən paylaşılmış Məzmun üzərində nəzarət həyata keçirə bilmir və istifadəçilər tərəfindən yüklənmiş, paylaşılmış və ya başqa formada əlçatan edilmiş Məzmuna görə heç bir məsuliyyət daşımır.

Həmçinin nəzərdə tutulduğu hallarda, istifadəçi qəbul edir ki, Kanal paylaşılan Məzmunun digər sosial şəbəkələrdə paylaşılmasına imkan verə bilər; lakin müvafiq Kanalı idarə edən Şirkətin həmin Məzmunun bir sonrakı istifadəsi üzərində nəzarəti yoxdur və buna görə heç bir məsuliyyət daşımır.

Şirkət istifadəçilərin rəylərinə və suallarına cavab vermək üçün bütün səylərini göstərəcək; lakin hüquqi məsələlər, məxfi məlumatlar və ya tibbi xəstəliklərlə bağlı məlumatlar kimi müəyyən mövzulara toxunmaq mümkün deyil. Əgər bir rəyə cavab vermək mümkün olmazsa, seçilmiş Kanalın funksionallığı buna icazə verdiyi və imkan yaratdığı hallarda izahat xarakterli şəxsi mesaj göndərilə bilər.

Hər bir halda, hər bir istifadəçiyə aşağıdakı məzmunları ehtiva edən mesajlar göndərmək qəti şəkildə qadağandır:

  • qarğış, böhtan, iftira; təhqiredici, ayrı-seçkilik salan və ya alçaldıcı, ədəbsiz, irqçi məzmunlar və ya başqalarının ləyaqətinə və həssas nöqtəsinə zərər verən, nifrəti, zorakılığı və ya qanunsuz davranışı təbliğ edən hər hansı məzmunlar;
  • üçüncü tərəfin intellektual və/və ya sənaye mülkiyyət hüquqları (məsələn, ticarət nişanları və ya loqolar) və ya müəllif hüquqları ilə qorunan materiallar (məsələn, musiqi, videolar, mətnlər) –bu hüquqlara sahib şəxslərin açıq razılığı olmadan;
  • hər hansı müalicə göstərişləri;
  • siyasi təbliğat məzmunları;
  • mövzu ilə əlaqəsi olmayan məzmunlar, müzakirəni pozmaq və ya sosial media kanalını idarə və moderasiya edən şəxsləri təhqir etmək məqsədilə yazılmış məzmunlar;
  • tibbi və ya ümumiyyətlə, sağlamlıqla bağlı məsləhətlər təklif etmək;
  • reklam məzmunları: məsələn, məhsul/xidmət satışı, reklam kampaniyaları və ya pərəstişkar və izləyici toplama cəhdləri;
  • icma üçün həddindən artıq təkrarlanan və/və ya narahatedici məzmunlar və ya spam;
  • hüquqi sahə ilə birbaşa bağlı məsələlər, məxfi məlumatlar və ya tibbi xəstəliklər barədə məlumatlar;
  • seçilmiş Kanalın davranış qaydalarını pozan hər hansı məzmunlar.

Bundan əlavə, istifadəçi qəbul edir ki:

  • paylaşılan məzmun heç bir halda Menarini Qrupuna məxsus olan və ya digər əczaçılıq şirkətlərinin dərmanlarını və ya aktiv maddələrini qeyd etməməlidir;
  • mövcud qaydalara əsasən, heç bir halda dərmanlarla bağlı reklam xarakterli məzmunlar paylaşmaq olmaz;
  • heç bir halda hüquqi proseslər, mübahisələr və/və ya davam edən məhkəmə prosesləri qeyd edilməməlidir;
  • istifadəçi üçüncü şəxslərin tanınmasına imkan verən məlumatları (məsələn, ad, telefon nömrəsi, ünvan, şəkillər və/və ya həmin şəxslərin əks olunduğu videolar) yükləməzdən əvvəl onların sosial şəbəkələrdə yayımlanmasına və mümkün ola biləcək paylaşımlara dair əvvəlcədən razılıq almalıdır; aydındır ki, saytın mövcud funksionallığı və İT alətləri vasitəsilə istifadəçiyə aid olan şəkil və ya digər Məzmunu yerləşdirmək həmin istifadəçinin onların yayılmasına və paylaşılmasına avtomatik razılığı kimi qəbul edilir;
  • istifadəçinin Məzmunundan, Kanalın funksionallığı və İT alətləri vasitəsilə ötürülən və ya həmin funksionallıq və alətlərdən istifadə etməklə əldə edilən materiallardan istifadə və ya onların qeyd edilməsi yalnız istifadəçinin öz məsuliyyəti altındadır.

Şirkət, öz qərarına əsaslanaraq bu istifadə şərtlərinə uyğun hesab edilməyən hər hansı paylaşımı mümkün qədər tez silmək hüququnu özündə saxlayır.

İstifadəçi səlahiyyətli orqanların şirkətə bu materialı göndərmiş şəxsin kimliyini açıqlamağı tələb etdiyi hər hansı addımları həyata keçirmək hüququnu / öhdəliyini tanıyır. Şirkət heç bir şəkildə siz və ya digər istifadəçilər tərəfindən yerləşdirilən istənilən Məzmunun səbəb olduğu, onunla bağlı və ya ondan nəticələnən hər hansı itki və ya zərərə görə məsuliyyət daşımır.

Bu istifadə qaydalarını və ya istifadə olunan Kanalın davranış qaydalarını dəfələrlə pozan istifadəçilərə qarşı Şirkət, texniki imkanlar daxilində, sonrakı müdaxilələrin qarşısını almaq üçün qadağa və ya bloklama tətbiq etmək, həmçinin istifadəçini sosial platformanın inzibatçılarına şikayət etmək hüququnu özündə saxlayır.

Şirkət sosial məzmunun bir hissəsi kimi internet saytlarına keçidlər və ya istinadlar təqdim edə bilər; lakin, Şirkət bu cür saytların dəqiqliyinə və ya məzmununa görə heç bir məsuliyyət daşımır və bu cür məzmundan ortaya çıxan hər hansı zərərə görə məsuliyyət daşımır.

Şirkət tərəfindən idarə olunan istənilən Kanalda məzmun yerləşdirməklə, istifadəçilər öz yazılarının və hər hansı ideya, üsul və ya məzmunlarının Şirkət tərəfindən istənilən şəkildə və istənilən mediada, o cümlədən forumlarda, Şirkətin digər veb-saytlarında və sosial media səhifələrində, habelə onun biznes fəaliyyətində pulsuz şəkildə istifadə edilə biləcəyini qəbul edir və razılıq verirlər. Nəticə etibarilə, istifadəçilərə məxfiliyini qorumaq istədikləri və ya müqabilində hər hansı ödəniş gözlədikləri ideyalar, materiallar və ya məzmunları təqdim etməmək tövsiyə olunur.

Zəhmət olmasa, bu kanaldan dərman preparatları ilə bağlı mənfi halları və ya onların yan təsirləri barədə məlumat vermək üçün istifadə etməyin. Şirkətin məhsulundan istifadə nəticəsində yan və ya mənfi təsir hallarında dərhal həkiminiz, əczacınız və ya digər tibb mütəxəssisinə müraciət etməlisiniz. İstənilən mənfi təsir barədə birbaşa olaraq Şirkətə və səlahiyyətli orqanlara keçidi vasitəsilə məlumat verə bilərsiniz.