BERLIN-CHEMIE sosial və ekoloji dəyərlərimizi tanıyan, buna uyğun hərəkət edən biznes tərəfdaşları ilə işləyən şirkətdir.
Özümüzün və müştərilərimizin gözləntilərini qarşılamaq üçün BERLIN-CHEMIE-də beynəlxalq dayanıqlılıq tələblərini nəzərə alırıq. Bundan əlavə, biz alman kimya sənayesinin (Chemie³) dayanıqlılıq təşəbbüsünü dəstəkləyirik və kimya-əczaçılıq sənayesində dayanıqlı inkişafın tərəfdarıyıq.
Təchizatçılarımızı da bu məsuliyyətə cəlb edirik. Buna görə də, bütün təchizatçı əlaqələrimizi qurarkən işgüzar münasibətlərin mütləq əsası qismində təchizatçılar tərəfindən biznes tərəfdaşlar üçün BERLIN-CHEMIE-nin təcrübə kodeksinin qəbul edilməsinə çalışırıq.
Menarini Group-un Davranış Kodeksinin rəhbər prinsiplərinə uyğun gələn biznes tərəfdaşları üçün bu təcrübə kodeksinin köməyilə biz sosial, ekoloji, etik və ictimai məsuliyyət sahələrində minimum standartları müəyyən edirik.