Davamlı inkişaf və sosial məsuliyyət
Dayanıqlı inkişafa sadiqlik
Məqsədimiz innovativ tibbi məhsullar
hazırlamaq və istehsal etməklə bütün dünyada səhiyyəyə töhfə verməkdir.
Farmasevtik istehsalçı kimi məhsullarımıza qarşı xüsusi məsuliyyətimiz var.
İstehlakçılar üçün risklərin qarşısını almaq məqsədilə məhsullarımız mükəmməl
keyfiyyətlərini təmin etmək üçün davamlı yoxlama və sınaqdan keçirmədən
asılıdır. Buraya həmçinin müasir istehsal şərtlərimiz daxildir. Dayanıqlı və gələcəyə
yönümlü inkişafı davam etdirməyi vəzifəmiz hesab edirik və ona görə də
iqtisadi, ekoloji və sosial baxımdan dərrakəli şəkildə hərəkət edirik.
Ətraf mühitə qarşı məsuliyyət
Tibbi məhsulları istehsal edərkən resurslara qənaət etmək və ətraf mühitə təsirimizi azaltmaq məsuliyyətimizə ciddi yanaşırıq və iqtisadi cəhətdən uyğun olan qədər ekologiya və enerji ilə əlaqədar performansımızı davamlı olaraq yaxşılaşdırmaq öhdəliyi daşıyırıq.
Enerjiyə qənaət etmək və beləliklə, iqlimi qorumağa yardım etmək üçün çoxlu imkanlardan yararlanırıq. Bundan əlavə, istifadə etdiyimiz xam mallar və qablaşdırma materiallarının səmərəliliyini müvafiq texniki və təşkilati tədbirlər vasitəsilə davamlı olaraq artırmağa çalışırıq.
|
İşçilərimizə qarşı məsuliyyət
Hesab edirik ki, əməyin təhlükəsizliyi idarə edici şəxslərin məsuliyyətidir. Bu səbəbdən şirkət daxilində bütün işçilərimizə işlərini təhlükəsiz və qəzasız mühitdə icra etmək imkanı yaradan şərtlər təmin edirik. Təhlükələr və risklər sistematik olaraq aradan qaldırılır və ya azaldılır.
Strukturlu tədbirlər, texniki avadanlıq, işçilərimizin ilkin və sonrakı təlimi və qurumlar ilə yaxından əməkdaşlıq vasitəsilə biz işçilərimiz və tərəfdaşlarımızın təhlükəsizliyini təmin edirik.