An error has occurred. Error: Section Menu About Us is currently unavailable.

Tariximiz

Avropanın mərkəzində zəngin ənənəyə malik farmasevtika istehsalçısı 

    

 

 

1890 – Kahlbaum Laborpräparate

1890-cı ildə Yohannes Kahlbaum “Kahlbaum Laborpreparat” adlı kimyəvi və farmasevtik şirkətin əsasını qoydu. Berlin-Adlerşofda BERLIN-CHEMIE AG şirkətinin hazırkı iş obyektlərində mövcud olmuş köhnə zavod. 20-ci əsrin başlanğıcında Kahlbaum Laborpreparat artıq laboratoriya üçün 1000-dən çox fərqli kimyəvi maddə və ilk tibbi məhsulları istehsal edən 250-dən çox işçiyə malik idi.


1927 – Schering-Kahlbaum AG-dən Schering AG-yə

Şirkət 1927-ci ildə qərargahı Berlin-Veddinqdə yerləşən Schering şirkəti ilə birləşdikdən sonra ölkənin ən böyük kimyəvi və farmasevtik şirkətlərindən birinə məxsus oldu və Schering-Kahlbaum AG adlandırıldı.
Yalnız on il sonra 1937-ci ildə şirkət Schering AG tərəfindən tamamilə təhvil alınmasının ardından şirkət bütün strategiyasını yeniləşdirdi: Bundan sonra şirkət sadəcə kimyəvi-texniki məhsulların istehsalına deyil, həmçinin artmaqda olan farmasevtik məhsullara da diqqətini yönləndirdi.

1956 – VEB Berlin-Chemie

İkinci Dünya Müharibəsinin bitməsindən sonra Schering AG-nin Adlerşof zavodu Sovet işğalı zonasında, yəni keçmiş Almaniya Demokratik Respublikasında yerləşirdi. Demontaj nəticəsində şirkət mexanizmləri, avadanlıqları, laboratoriya alətləri və xam materiallarını itirir, lakin eyni zamanda istehsal hərbi administrasiyanın sifarişlərinə əsasən davam edir. Məhsulların böyük hissəsi təzminat kimi işğalçı Sovet qoşunları tərəfindən müsadirə edildi. 1948-ci ildə Adlerşof zavodu milliləşdirildi və dövlətə məxsus müəssisəyə çevrildi.
50-ci illərdən başlayaraq şirkət VEB Berlin-Chemie kimi qeyd edildi. Növbəti illərdə dövlətə məxsus şirkət Almaniya Demokratik Respublikasında dərman istehsalı üzrə ən böyük kimya şirkətlərindən biri oldu. Pensilin, insulin və xloramfenisola əlavə olaraq, VEB Berlin-Chemie pestisidlər və zərərvericilərə qarşı mübarizə məhsulları, daha sonra yaşayış kompleksi tikintisi üçün silikatlar və tekstil və kosmetika sənayesi üçün xam mallar istehsal etdi. 

1990 – BERLIN-CHEMIE Auksioner Şirkətinin (PLC) təsis edilməsi 

Berlin divarının dağılmasından bir qədər əvvəl şirkət gələcəyini sığortalamaq üçün açıq səhmdar cəmiyyətinə çevrildi. Bu həmçinin onun yenidən orientasiyasına səbəb oldu: Həmin vaxtdan etibarən BERLIN-CHEMIE daha çox farmasevtik məhsullar üzrə ixtisaslaşdı və beynəlxalq standartlara cavab verə bilməsi üçün istehsalını tənzimlədi. Radikal dəyişmə zamanı şirkət 100 milyon DM-dan çox pul sərmayə qoydu. Yenidən birləşmə ilə keçmiş Treuhandanştalt şirkətinə beynəlxalq tenderə qoyulmuş və yeni yaradılmış BERLIN-CHEMIE AG-nin satışı tapşırıldı.


1992 – İtalyan MENARINI Qrupa satılması

Beynəlxalq tender prosesində ən böyük italyan farmasevtika şirkəti MENARINI Qrup, şirkəti vaxtın tələblərinə cavab verməyə uyğunlaşdırmaq məqsədilə xüsusilə marketinq və satış şöbələrində hərtərəfli genişlənməzdən əvvəl 1992-ci ildə BERLIN-CHEMIE AG-ni satın aldı. BERLIN-CHEMIE 1993-cü ildən bəri bütünlükdə Almaniya farmasevtika bazarında fəaliyyət göstərir və 1994-cü ildən bəri böyük iqtisadi uğura nail olub. Keçən iki onillik ərzində BERLIN-CHEMIE beynəlxalq səviyyədə fəaliyyət göstərən və uğurlu dərman istehsalçısına çevrilib.

Əlavə mövzular