> Baş Səhifə
  • > Tibb İşçiləri üçün Məlumatların Məxfiliyi barədə Bildiriş

Left menu

Tibb İşçiləri üçün Məlumatların Məxfiliyi barədə Bildiriş

Hörmətli Tibb işçiləri,

Biz, fərdi məlumatlarınızın mühafizəsi və bununla bağlı müvafiq qanunların, habelə Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli, 998-IIIQ saylı “Fərdi Məlumatlar haqqında” Qanunun (“FM Qanunu”) və 2016/679/Aİ saylı qaydalarının (“ÜMMQ”) yerinə yetirilməsini öhdəmizə götürərək Sizi fərdi məlumatlarınızın Azərbaycan Respublikasının qanunvericiliyi əsasında qeydiyyatdan keçmiş, VOEN-i 1400043891 olan və Yasamal r-nu, C. Cabbarlı küç, 609, AZ 1065 ünvanında yerləşən  (bundan sonra “Şirkət”, “biz” və ya “bizim” kimi istinad edilən) “Berlin-Chemie AG” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən işlənilməsi barədə məlumatlandırmaq istəyirik.  

 

1. Biz sizdən aşağıdakı fərdi məlumatları toplayırıq:

a. Fərdi məlumat: Biz adınız, iş ünvanınız, əlaqə məlumatlarınız (ad, soyad, ata adı, elmi dərəcə, ixtisaslaşma/peşəkar kvalifikasiya, telefon nömrəsi, vəzifə, iş yeri, mobil telefon, işin xüsusiyyətləri və həcmi barədə məlumat, iştirak etdiyiniz və şirkətin dəstəklədiyi elmi-konfranslar və ya simpoziumlar barədə məlumat, dərman nümunələrinin tənzimlənməsinə dair məlumat) kimi məlumatların, habelə Məlumat bildirişi və Fərdi məlumatların istifadəsi ilə bağlı Razılıq Formasında (“Razılıq forması”) müəyyən olunan və belə məlumatın işlənilməsi məqsədləri üçün zəruri ola bilən digər məlumatların işlənilməsini həyata keçiririk. Biz bu məlumatın bir hissəsini sizdən, qalan hissəsini isə ictimaiyyətə açıq olan mənbələrdən toplayırıq.

b. Təmsilçilərimizin ziyarətləri barədə məlumat: Biz nümayəndələrimizin ziyarət tarixləri, ziyarətin məzmunu və tövsiyə olunan ziyarət saatları və s barədə məlumatı işləyirik.

c. Sizinlə müqavilələrə dair məlumat: Sizinlə müqavilə bağladığımız təqdirdə (məs, məruzəçi və ya məsləhətçi xidmətlərinin yerinə yetirilməsi üçün, bundan sonra “Müqavilələr”), biz müqavilə əsasında xidmətlərin (bank hesabınıza dair məlumatlar, müqavilə üzrə əldə olunmuş təzminatlar və digər imtiyazlar barədə məlumatlar, səyahət məlumatı, şəxsiyyət vəsiqəsi və pasport məlumatları və sair) yerinə yetirilməsi üçün tələb olunan məlumatları işləyirik.  

d. Hüquq öhdəliklərinin yerinə yetirilməsinə dair məlumat: Bu Razılıq Formasında müəyyən olunan fərdi məlumatlarınızı müvafiq qanunvericilik tələblərinin yerinə yetirilməsi məqsədilə işləyə bilərik.

e. Əlavə məlumat:  Elektron poçt ünvanınızı, faks nömrənizi, telefon nömrənizi və/və ya marketinq fəaliyyətlərimizlə bağlı istəklərinizi (əlaqə kanalları və ixtisaslaşma sahələri) qeydə alırıq. Sizin fərdi maraqlarınıza istiqamətlənmiş reklam və elmi məlumatları göndərmək istəyirik. Tələblərinizi, istəklərinizi və peşəkar maraqlarınızı (“profilin hazırlanması”) təhlil etməklə  marketinq tədbirlərimizin Elmi-məlumat fəaliyyətlərinə/xidmətlərinə uyğunlaşdırılmasına nəzarət məqsədilə 1.a. - 1.c. və 1.e bəndlərində qeyd olunan informasiyanı qiymətləndiririk.

 

2. Məlumatın işlənilməsi hansı məqsədlə həyata keçirilir?

a. Yuxarıda 1.a bəndində qeyd edilən fərdi məlumat hüquqi öhdəliklərin yerinə yetirilməsindən əlavə Sizinlə müqavilələrin bağlanması, birgə elmi-tədbirlərin təşkili (hüquqi əsaslar: FM haqqında Qanunun 8.1 və 9.6-cı Maddələri ilə yanaşı ÜMMQ-ın 6-cı Maddəsi, paraq 1(b),  Azərbaycan Respublikasının 22 dekabr 2006-cı il tarixli 208-IIIQ saylı “Dərman vasitələri haqqında” Qanunu (“Dərman vasitələri” haqqında Qanun), digər qanunvericilik aktları və bu Razılıq forması) üçün tələb olunur. Bundan başqa 1 (a) bəndində qeyd olunan məlumat aşağıdakı qanuni maraqların qorunması üçün tələb olunur: sizinlə işgüzar münasibətlərin saxlanması, elmi məlumat, eləcə də marketinq və bazar təhqiqatları məqsədləri (hüquqi əsaslar, ÜMMQ, Maddə 6 Paraq 1 (f), FM haqqında Qanunun 8.1 və 9.6-cı Maddələri, və bu Razılıq forması).

b. Təmsilçilərimizin ziyarətləri ilə bağlı məlumat: 1(b) bəndində qeyd edilən aşağıdakı qanuni maraqların qorunması üçün tələb olunur: sizinlə işgüzar münasibətlərin saxlanması, təmsilçilərimizə nəzarət, məlumat və marketinq məqsədləri (hüquqi əsaslar: ÜMMQ, Maddə 6, Paraq. 1(f), bu Razılıq Forması, FM haqqında Qanunun 8.1 və 9.6-cı maddələri).

c. Sizinlə müqavilələrin bağlanmasına dair məlumat: Sizinlə müqavilə bağlamaq  və ya sorğunuz əsasında müqavilə öncəsi tədbirlərin yerinə yetirilməsi məqsədilə biz yuxarıda 1 (c) bəndində qeyd edilən məlumatları işləyirik (hüquqi əsaslar: ÜMMQ, Maddə 6 Paraq 1 (b), bu Razılıq Forması, FM haqqında qanunun 8.1 və 9.6-cı maddələri).

d. Hüquqi öhdəliklərin yerinə yetirilməsinə dair məlumat: Biz, Dərman vasitələri haqqında Qanun və Azərbaycan Respublikasının digər qanunvericilik aktları əsasında hüquqi öhdəliklərimizi yerinə yetirmək məqsədilə yuxarıda 1 (d) bəndində qeyd olunan məlumatları işləyirik (hüquqi əsaslar: yuxarıda qeyd edilən qanunvericilik müddəaları ilə yanaşı ÜMMQ-nın 6-cı maddəsi, paraq. 1 (c), bu Razılıq forması, və FM haqqında Qanunun 8.1 və 9.6-cı maddələri).

e. Biz sizin fərdi maraqlarınıza yönələn reklam göndərmək istəyirik. Marketinq fəaliyyətlərimizə  uyğunlaşdırmaq məqsədilə 1(a) – 1(c.) və 1 (e) bəndlərində qeyd edilən məlumatları qiymətləndiririk.

 

3. Məlumatların işlənilməsi əməliyyatları

Şirkət bu Razılıq formasının 2-ci Maddəsində qeyd olunan fərdi məlumatların işlənilməsi məqsədləri üçün bu formadakı fərdi məlumatları avtomatlaşdırılmış və digər vasitələrlə toplaya, istifadə edə, sistemləşdirə, hazırlaya, təhlükəsiz saxlaya, ötürə, adsızlaşdıra, qeydə ala, təşkil edə, nizama sala, saxlaya, uyğunlaşdıra və ya düzəliş edə, profildə əks etdirə, bərpa edə, məsləhət üçün istifadə edə, ötürmə, çap etmə və ya paylama vasitəsilə və ya digər üsullarla açıqlaya, birləşdirə, məhdudlaşdıra, silə məhv edə və ya arxivləşdirə bilər.    

 

4. Fərdi məlumatlar kimə ötürülür?

Fərdi məlumatlarınıza işçilərimizin yalnız müvafiq vəzifələrin yerinə yetirilməsi üçün tələb olunan həddə çıxış imkanı olacaqdır. Təşkilatı, uçot və inzibati məqsədlər üçün və ya lazım olarsa müvafiq məqsədlərin yerinə yetirilməsi üçün məlumatınız Şirkətimizin (A. Menarini IFR Srl, Florensiya) ana müəssisəsinə, eləcə də Menarini Group-un digər şirkətlərinə, Azərbaycan  Respublikasından və Avropa İqtisadi Zonasından (“AİZ”) kənarda, məlumatın qorunması tələblərinin Azərbaycan Respublikası və AİZ ölkələri ilə müqayisədə zəif olduğu üçüncü ölkələrdə yerləşən şirkətlərinə ötürülə bilər.  Həmçinin biz, sizin fərdi məlumatlarınızı Razılıq Formasında müəyyən olunan məlumatın işlənilməsi məqsədilə tələb olunarsa üçüncü tərəflərə, o cümlədən  səyahət agentliklərinə, otellərə və s. ötürə bilərik.

Həmçinin biz marketinq tədbirlərinin yerinə yetirilməsində (məs, veb saytların idarə olunmasında, ünvanın, əlaqə məlumatının aydınlaşdırılmasında və dəvətnamələrin və xəbərlərin göndərilməsində) bizə dəstək olan kənar operatorlardan istifadə edirik. Bu operatorlar məlumatı yalnız Şirkətin nəzarəti və təlimatı ilə və yalnız bu Razılıq formasında qeyd olunan məqsədlər üçün işləyirlər. Həmçinin məlumatlarınızın işlənilməsi üçün AİZ-dan kənarda yerləşən üçüncü ölkələrin xidmət operatorlarından istifadə edirik (məs, Google İrlandiyanın "G Suite"  xidmətindən istifadə etməklə).

Əgər məlumatınız Azərbaycan Respublikasından və AİZ regionundan kənarda yerləşən ölkələrə ötürülərsə, məlumatın mühafizəsi ilə bağlı Aİ Komissiyasının müvafiq standart müddəaları, Aİ-nin uyğunluq qətnamələri və ya Aİ ilə ABŞ arasında məxfi məlumatın ötürülməsi qaydaları haqqında Razılaşma kimi müvafiq zəmanətlər vasitəsilə məlumatın lazımi səviyyədə mühafizəsini təmin edirik. Aşağıdakı əlaqə məlumatları əsasında məlumatın mühafizəsi ilə bağlı standart bəndlərin və ya digər müvafiq zəmanətlərin surətini əldə edə bilərsiz.

Şirkət işlənilmiş fərdi məlumatları mühafizə etmək, onların məxfiliyini, toxunulmazlığını və ya əldə edilməsini təmin etmək, habelə fərdi məlumatlardan icazəsiz istifadənin və ya onlara icazəsiz daxilolmanın, onların təsadüfi və ya icazəsiz məhv edilməsinin, itirilməsinin və ya düzəliş edilməsinin, onlarla bağlı pozuntuların qarşısını almaq məqsədilə texniki və təşkilatı tədbirlər müəyyən edir.

Fərdi məlumatınız hazırkı Razılıq Formasında müəyyən olunan məqsədlərə uyğun qaydada işlənilir. 

Sizin fərdi məlumatlarınız yazılı icazəniz olmadan, həyat və sağlamlıqla bağlı təhlükələrdən qorunmaq üçün zəruri olan hallar, habelə FM haqqında Qanunda nəzərdə tutulan digər hallar istisna olmaqla, hazırkı Razılıq Formasında müəyyən olunan üçüncü tərəflərdən başqa tərəflərə təqdim olunmayacaq və kommersiya məqsədləri üçün istifadə edilməyəcək.  

 

5. Məlumatlarınız hansı müddətə saxlanılır?

Məlumatlarınız 2-ci bənddə qeyd edilən məlumatın işlənilməsi məqsədlərinin yerinə yetirilməsi üçün (məsələn sizinlə hazırkı müqavilə və ya hüquq öhdəliyi) tələb olunan müddətə saxlanılır. 

 

6. Hüquqlarınız

Siz istənilən vaxt bizdə saxlanılan fərdi məlumatlarınız, onların işlənilməsinin hüquqi nəticələri, habelə məlumatlarınızın işlənilməsi əməliyyatları haqqında məlumat ala bilərsiniz. Bundan əlavə, Sizin hüquqi tələblər çərçivəsində düzgün olmayan məlumata düzəliş etməyi, silməyi, bloklaşdırmağı, fərdi məlumatlarınızın işlənilməsini məhdudlaşdırmağı və ötürməyi tələb etmək hüququnuz vardır. Həmçinin Siz istənilən vaxt məlumatınızın işlənilməsinə etiraz edə bilərsiniz. Əgər bizə məlumatlarınızın işlənilməsinə razılıq vermisinizsə, istənilən vaxt (növbəti işlənilmə üçün hüquqi əsaslar olmadıqda) onu geri götürə bilərsiniz. Sizin məlumatın daşınması hüquqlarınız vardır.  Məlumatın mühafizəsi mütəxəssisi ilə əlaqə üçün ünvanımız: “Berlin-Chemie AG” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, C.Cabbarlı., 609, 7-ci mərtəbə, Globus Plaza Biznes Mərkəzi, AZ 1065, Bakı;  dpo.azerbajan@berlin-chemie.com External Link  . Bundan əlavə Siz müvafiq səlahiyyətli orqanlara, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə  və ya müvafiq məhkəməyə  şikayət edə və məhkəmə ilə təsdiq olunmuş maddi və mənəvi zərərlərin kompensasiyasını tələb edə bilərsiniz.


AXTARIŞ