Left menu

Məlumatların Məxfiliyi siyasəti

Biz Sizin şirkətimizə olan marağınızı yüksək qiymətləndiririk və istəyirik ki, Siz veb-saytımıza daxil olarkən şəxsi məlumatlarınız baxımından özünüzü əminlikdə hiss edəsiniz. Xüsusən də, biz Avropa İttifaqının Məlumatların Mühafizəsinə dair Ümumi Qaydalarının (“MMÜQ”) yeni tələblərinə və Azərbaycan Respublikasının fərdi məlumatların qorunması sahəsində qanunvericiliyə əməl edirik.

 “Berlin-Chemie AG” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi www.berlin-chemie.az saytında (bundan sonra: "veb-sayt") Sizin məlumatlarınızın emalı ilə əlaqədar məsələlər üzrə nəzarətçidir. Nəzarətçi haqqında daha ətraflı məlumat almaq üçün, aşağıdakı imprint keçidinə daxil olun: https://www.berlin-chemie.az/MetaNavigation/Cap . Məlumatlarınızın mühafizəsi üzrə əməkdaşımızla aşağıdakı ünvan üzrə əlaqə saxlaya bilərsiniz: AZ1065 Bakı, C.Cabbarlı küçəsi 609, Globus Plaza 7-ci mərtəbə və ya SMaharramova@berlin-chemie.com ; NRzaguliyeva@berlin-chemie.com elektron-poçt ünvanına məktub göndərə bilərsiniz.

Biz Sizin şəxsi məlumatlarınızın mühafizəsinə çox ciddi yanaşırıq. Şəxsi məlumatlar – eyniləşdirilmiş və ya eyniləşdirilən fiziki şəxsə aid olan məlumatlardır, məsələn, ad, soyad, ünvan və elektron poçt ünvanı.  Siz bizim veb-saytımıza daxil olduqda, biz Sizin şəxsi məlumatlarınızı toplayırıq və onları məlumatların məxfiliyinin mühafizəsinin qüvvədə olan qaydalarına uyğun olaraq emal edirik. Biz həmin məlumatları Sizin icazəniz olmadan dərc etmirik və ya üçüncü tərəflərə ötürmürük.

Biz Sizin məlumatlarınızı saytımızın fəaliyyəti və müvafiq xidmətlərin təqdim edilməsi üçün zəruri olduqları müddət ərzində və ya qanuna uyğun olaraq Sizin məlumatlarınızı saxlamalıyıq.

Şəxsi məlumatların məxfiliyinin mühafizəsinə dair bu sənədlə biz, Siz saytımıza daxil olduğunuz müddətdə topladığımız məlumatlar və bu məlumatların necə istifadə olunması barədə Sizi məlumatlandırmaq istərdik.

Bu onlayn- təklif 16 yaşadək uşaqlar üçün nəzərdə tutulmamışdır.

Siz saytımıza daxil olarkən emal edilən məlumatlar

Siz veb-saytımızdan yalnız informasiyanın əldə olunması məqsədləri ilə istifadə etdikdə, yəni qeydiyyatdan keçmədikdə və ya hər hansı digər şəkildə bizə informasiya təqdim etmədikdə, biz yalnız Sizin brauzerinizin serverimizə ötürdüyü şəxsi məlumatları emal edirik. Siz veb-saytımızı nəzərdən keçirmək istədikdə, biz veb-saytımızın əks etdirilməsi və onun sabitliyinin və təhlükəsizliyinin təmin edilməsi üçün texniki baxımdan zəruri olan aşağıdakı məlumatları toplayırıq (hüquqi baza: MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndi):

  • IP ünvanı
  • Sayta daxil olduğunuz tarix və vaxt
  • Qrinviç üzrə orta vaxta (GMT) münasibətdə saat qurşaqlarının fərqi
  • Sorğunun məzmunu (konkret sayt)
  • Giriş imkanının statusu/HTTP statusunun kodu
  • Hər bir halda ötürülən məlumatların həcmi
  • Sorğunun edildiyi veb-sayt
  • Brauzer
  • Əməliyyat sistemi və onun interfeysi
  • Brauzerin dili və proqram təminatının versiyası

Məlumatlar YEDDİ GÜN ərzində saxlanılır, daha sonra isə avtomatik olaraq silinir.

“Kuki” (cookie) fayllardan istifadə

MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndinə müvafiq olaraq biz, veb-saytımızın optimallaşdırılması üçün “kuki” fayllardan istifadə edirik. “Kuki” fayllar veb-saytımızı ziyarət edərkən brauzeriniz tərəfindən avtomatik olaraq yaradılan və Sizin cihazınızda (məsələn, noutbuk, planşet, smartfon) saxlanılan  kiçik mətn fayllarıdır. Xüsusi olaraq istifadə edilən cihazla əlaqədar olaraq əldə edilmiş informasiya “kuki” faylda saxlanılır. Bu o demək deyildir ki, biz Sizi birbaşa olaraq identifikasiya  edə  bilirik. “Kuki” fayllardan istifadə xidmətlərimizdən istifadənin Sizin üçün daha rahat olması üçün nəzərdə tutulmuşdur. Biz, məsələn, Sizin veb-saytımızın ayrı-ayrı səhifələrini artıq ziyarət etmiş olduğunuzu öyrənmək üçün sessiya “kuki” fayllarından istifadə edirik. Siz veb-saytımızı tərk etdikdən sonra bu cür “kuki” fayllar avtomatik olaraq silinirlər.

İstifadəçilərin rahatlığı üçün biz müvəqqəti “kuki” fayllardan da istifadə edirik, bunlar müəyyən müddət ərzində Sizin cihazınızda saxlanılır. Siz xidmətlərimizdən istifadə etmək üçün veb-saytımıza təkrar daxil olduqda, sistem veb-saytımızı artıq ziyarət etmiş olduğunuzu, habelə daxil etmiş olduğunuz sorğuları və seçmiş olduğunuz parametrləri tanıyır, nəticədə bütün bunları yenidən daxil etməyə ehtiyac qalmır.

Bundan əlavə, biz “kuki” fayllarından Sizə təqdim etdiyimiz xidmətlərin optimallaşdırılması məqsədi ilə veb-saytımızın ziyarətlərinin statistik uçotunun və təhlilinin aparılması və xüsusi olaraq Sizin üçün nəzərdə tutulmuş informasiyanın əks etdirilməsi üçün istifadə edirik. Bu “kuki” fayllar veb-saytımızı artıq ziyarət etmiş olan istifadəçilərin veb-saytımıza təkrar olaraq daxil olduqlarını tanımağımıza imkan verir. Müəyyən müddətdən sonra bu “kuki” fayllar avtomatik olaraq silinirlər. 

Brauzerlərin əksəriyyəti “kuki” faylları avtomatik olaraq qəbul edirlər. Siz öz brauzerinizin parametrlərini elə nizamlaya bilərsiniz ki, cihazınızda heç bir “kuki” fayl saxlanılmasın və ya hər dəfə yeni bir “kuki” fayl quraşdırılmazdan əvvəl Sizə xəbərdarlıq göndərilsin. Lakin “kuki” faylların tam deaktivləşdirilməsi Sizin veb-saytımızın bütün funksiyalarından tam həcmdə istifadə edə bilməməyinizlə nəticələnə bilər.

Əlaqənin yaradılması ərzində məlumatların emalı

Siz bizim əlaqə formamızdan istifadə etməklə və aşağıdakı məlumatları təqdim etməklə məhsullarımız və xidmətlərimiz haqqında bizə suallar verə bilərsiniz: müraciət formanız, adınız, soyadınız, elmi rütbəniz, vəzifəniz, işlədiyiniz şirkət, ölkəniz, telefon nömrəniz, faks nömrəniz, mesajınız* və e-poçt ünvanınız*].

Əlaqə formasından istifadə edərkən * ilə işarələnmiş məlumatın təqdim olunması mütləqdir.

Əlaqə formasından istifadə könüllüdür.

Siz bizimlə elektron-poçt vasitəsilə əlaqə yaratdıqda, biz Sizin bizə təqdim etdiyiniz informasiyanı (məsələn, Sizin elektron-poçt ünvanınızı, ola bilsin, Sizin adınızı, soyadınızı və telefon nömrənizi) saxlayırıq ki, suallarınızı cavablandıra bilək.

Bizimlə əlaqə yaratdığınız zaman bizə təqdim etdiyiniz informasiyanı saxlayırıq ki, gələcəkdə Sizinlə əlaqə yarada bilək (hüquqi əsas: MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndi və “Fərdi Məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunun (“Fərdi Məlumatlar Qanunu”) 8.1-ci maddəsi).

Əgər Siz bizə dərman vasitələrimizin mümkün əlavə təsirləri ilə əlaqədar informasiyanı təqdim edirsinizsə, qanuna uyğun olaraq, biz bu informasiyanı saxlamağa və emal etməyə borcluyuq (hüquqi əsas: MMÜQ-ün 9-cu Maddəsinin 2-ci hissəsinin (i) bəndi və Fərdi Məlumatlar Qanununun 8.1 və 9.6.2-ci maddələri).

Biz bu kontekstdə əldə edilmiş məlumatları onların saxlanmasına artıq ehtiyac olmadıqda silirik, yaxud məlumatların saxlanması üzrə qanunla təyin edilmiş öhdəliklərə uyğun olaraq, onların emalını məhdudlaşdırırıq.

Saytımızda qeydiyyat

Bu veb-saytda təqdim etdiyimiz informasiyanın bir hissəsi yalnız qapalı istifadəçi qrupları üçün əlçatan olduğundan, veb-saytımızın bu kontentinə giriş imkanı əldə etmək üçün Siz qeydiyyatdan keçməli və sistemə daxil olmalısınız. Qeydiyyatdan keçməyiniz üçün bizə aşağıdakı məlumatları təqdim etməyiniz tələb olunur: e-poçt ünvanınız və parol.

Elektron poçt ünvanının daxil edilməsi zamanı səhvə yol verilmədiyindən əmin olmaq üçün, biz ikimərhələli təsdiqləmə prosedurundan istifadə edirik. Siz sistemə giriş xanasında e-poçt ünvanınızı daxil etdikdən sonra, biz Sizə təsdiq linkini göndəririk. Siz bu təsdiq linkinə keçid almadan, qeydiyyatınız bitmiş hesab edilmir.

Məlumatlarınızın emalı üçün hüquqi baza MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndidir. Biz sizin məlumatlarınızı, onların sistemə girişin təmin edilməsi üçün zəruri olduqları müddətədək saxlayırıq. Əgər Siz istifadəçi qrupunu tərk edirsinizsə, biz Sizin məlumatlarınızı, qanunla və ya müqavilə ilə onları saxlamağa məcbur olduğumuz hallar istisna olmaqla, silirik.

Sosial media plaqinlərindən istifadə

Biz aşağıdakı sosial media plaqinlərindən istifadə edirik:

  • Facebook,
  • Twitter,
  • Xing,
  • LinkedIn

Biz plaqinlərdən istifadə etməklə, Sizə sosial şəbəkələr və digər istifadəçilərlə qarşılıqlı fəaliyyətdə olmaq imkanını təqdim edirik. Bu, bizə öz xidmətlərimizi daha da təkmilləşdirmək və onları bir istifadəçi kimi Sizin üçün daha maraqlı etmək imkanı verir. Plaqinlərin istifadəsi üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndidir.

Sosial şəbəkə plaqinlərindən istifadə edərkən biz “iki dəfə klikləmə” adlandırılan metoddan istifadə edirik: Siz veb-saytımıza daxil olarkən, plaqinlər veb-sayta tam inteqrasiya edilmiş olmurlar. Bu, ona zəmanət verir ki, sosial şəbəkə provayderi ilə bağlantı yalnız Siz plaqin simgəsinə kliklədikdən sonra yaradılır. Bağlantı yaradıldıqdan sonra, biz provayder tərəfindən toplanan və emal edilən məlumatların növünə və həcminə təsir edə bilmirik; lütfən, bu barədə daha ətraflı məlumat əldə etmək üçün müvafiq provayderin məlumatların məxfiliyinə dair xəbərdarlıq qeydlərinə müraciət edin.  

Plaqin provayderləri tərəfindən məlumatların toplanmasının və emal edilməsinin məqsədi və məlumatların həcmi barədə daha ətraflı məlumatı bu provayderlərin məlumatların məxfiliyinə dair aşağıda göstərilmiş xəbərdarlıq qeydlərində əldə etmək mümkündür. Bu xəbərdarlıq qeydlərində Siz həmçinin, bu baxımdan öz hüquqlarınız və məxfiliyinizin qorunması üçün parametrlərin opsiyaları barədə ətraflı məlumat əldə edə bilərsiniz:

  • Facebook Inc., 1601 S Kaliforniya avenyu, Palo Alto, Kaliforniya  94304, ABŞ; http://www.facebook.com/policy.php; məlumatların toplanmasına dair əlavə məlumat: http://www.facebook.com/help/186325668085084, http://www.facebook.com/about/privacy/your-info-on-other#applications və http://www.facebook.com/about/privacy/your-info#everyoneinfo. Facebook “Aİ ilə ABŞ arasında məxfi informasiyanın mübadilə qaydaları haqqında Saziş”ə qoşulmuşdur, https://www.privacyshield.gov/EU-US-Framework.

 

  • Twitter, Inc., 1355 Market St, Suite 900, San Fransisko, Kaliforniya 94103, ABŞ; https://twitter.com/privacy. Twitter “Aİ ilə ABŞ arasında məxfi informasiyanın mübadilə qaydaları haqqında Saziş”ə qoşulmuşdur, https://www.privacyshield.gov/EU-US-Framework.

 

  • Xing AG, Gänsemarkt 43, 20354 Hamburq, Almaniya; http://www.xing.com/privacy.

 

  • LinkedIn Corporation, 2029 Stierlin Court, Maunteyn Vyu, Kaliforniya 94043, ABŞ; http://www.linkedin.com/legal/privacy-policy. LinkedIn “Aİ ilə ABŞ arasında məxfi informasiyanın mübadilə qaydaları haqqında Saziş”ə qoşulmuşdur, https://www.privacyshield.gov/EU-US-Framework.

Google (Universal) Analytics

Veb-sayt Google koporasiyası (hüquqi ünvanı: ABŞ, Kaliforniya 94043, Maunteyn Vyu, Emfitiater Parkuey 1600) tərəfindən təqdim edilən  Google (Universal) Analytics veb-təhlil xidmətlərindən istifadə edir.  Biz saytımızın işini təhlil etmək və müntəzəm olaraq təkmilləşdirmək üçün Google (Universal) Analytics tətbiqindən istifadə edirik. Statistik məlumatların əldə edilməsi bizə xidmətlərimizi təkmilləşdirməyə və onları istifadəçilərimiz üçün daha maraqlı etməyə imkan verir.  Şəxsi məlumatların ABŞ-a ötürüldüyü müstəsna halları nəzərə alaraq, Google korporasiyası “Aİ ilə ABŞ arasında məxfi informasiyanın mübadilə qaydaları haqqında Saziş”ə qoşulmuşdur, https://www.privacyshield.gov/EU-US-Framework . Google (Universal) Analytics tətbiqinin xidmətlərindən istifadə üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndidir.

Google (Universal) Analytics tətbiqi müəyyən metodlardan, məsələn, kompüterinizdə saxlanan mətn fayllarının – sizin veb-saytdan istifadənizi təhlil etməyə imkan verən “kuki” fayllarından istifadə edir. Sizin veb-saytdan istifadənizlə əlaqədar olan informasiya, bir qayda olaraq, ABŞ-da yerləşən Google serverinə ötürülür və orada saxlanılır. Lakin, veb-saytda IP ünvan anonimləşdirildiyi halda, IP ünvanı Avropa İttifaqının üzv dövlətlərinə və ya Avropa İqtisadi Zonasına dair Konvensiyanı imzalamış digər ölkələrə ötürülməzdən əvvəl  qısaldılır. Yalnız müstəsna hallarda  IP ünvanı tam şəkildə ABŞ-dakı Google serverinə ötürülür və burada qısaldılır. Google Analytics tətbiqi çərçivəsində brauzeriniz tərəfindən ötürülən anonimləşdirilmiş IP ünvanı digər Google məlumatları ilə birləşdirilməyəcəkdir. 

Siz həmçinin, sizin veb-saytdan istifadənizlə əlaqədar olaraq “kuki” fayllar tərəfindən generasiya edilmiş məlumatların (Sizin IP ünvanınız da daxil olmaqla) toplanmasını və Google-a göndərilməsini və bu məlumatların Google tərəfindən emal edilməsinin qarşısını ala bilərsiniz, bunun üçün aşağıdakı keçid üzrə brauzer üçün plaqini yükləyin və quraşdırın: http://tools.google.com/dlpage/gaoptout?hl=en .

Brauzer üçün plaqinə alternativ qismində, Siz bu veb-saytda məlumatların Google Analytics tərəfindən gələcəkdə toplanmasının qarşısını almaq üçün bu linki klikləyə bilərsiniz. İmtina “kuki” faylları daha sonra sizin cihazınızda saxlanılacaqdır. Əgər Siz “kuki” fayllarınızı silsəniz, bu linki yenidən klikləməli olacaqsınız.

Google Tag Manager

Bu veb-saytda Google Tag Manager-dən istifadə olunur. Google Tag Manager öz veb-sayt teqlərini interfeys vasitəsilə idarə edən şirkətlər üçün  Google Inc. şirkətinin bir həllidir. The Google Tag Manager aləti “kuki” fayllardan istifadə etmir və şəxsi məlumatları toplamır. Alət, öz növbəsində məlumatları toplaya bilən digər     teqlərin işə salınmasını təmin edir. Google Tag Manager–in bu məlumatlara giriş imkanı yoxdur. Əgər domen və ya “kuki” fayllar səviyyəsində deaktivasiya aparılmışdırsa, bu, Google Tag Manager tərəfindən tətbiq edilən bütün izlənən teqlər üçün öz yerində qalır.

Google DoubleClick

Google DoubleClick – Google Inc. şirkəti tərəfindən təqdim edilən bir xidmətdir. Google DoubleClick Sizin maraqlarınıza uyğun olan reklamlar nümayiş etdirmək üçün “kuki” fayllardan istifadə edir. Bunun üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndidir.

Məsələn, “kuki” faylları hansı məhsullarımızın Sizin üçün daha maraqlı olduğunu göstərən məlumatları toplayır. Bu məlumatlar əsasında biz, Sizin əvvəlki davranışlarınıza əsasən müəyyən edilmiş maraqlarınıza uyğun olan təklifləri kənar veb-saytlarda da Sizə nümayiş etdirə bilərik. İstifadəçi davranışınıza dair informasiyanın toplanması və qiymətləndirilməsi tərəfimizdən anonim şəkildə həyata keçirilir və Sizi identifikasiya etməyimizə imkan yaratmır. Xüsusilə də, bu informasiya Sizin şəxsi məlumatlarınızla birləşdirilmir.

“Kuki” fayllar 30 gündən sonra avtomatik olaraq silinir.

Bundan əlavə, Siz maraqlarınıza uyğun reklamların nümayiş etdirilməsi ilə əlaqədar olan parametrləri Google elan parametrlərinin idarəedicisi vasitəsilə dəyişə bilərsiniz. Bu barədə informasiyanı aşağıdakı linkdə tapa bilərsiniz: https://www.google.com/settings/ads/onweb.

Siz reklam və Google ilə əlaqədar daha ətraflı məlumatları və məlumatların məxfiliyinə dair müddəaları Google-un məlumatların məxfiliyi siyasətində və Google-un istifadə qaydalarında tapa bilərsiniz: http://www.google.com/policies/technologies/ads/.

Google AdWords

Biz Google AdWords-dən və linklərə keçidlərin izlənməsindən konkret elanların, təkliflərin və funksiyaların effektivliyinin qiymətləndirilməsi üçün istifadə edirik. Bunun üçün, Siz Google elanına klikləyən kimi “kuki” faylı yaradılacaqdır. Bu “kuki” faylı şəxsi identifikasiya məqsədi daşımır, “kuki” faylın qüvvədə olduğu 30 gün müddətində konkret təklifin verildiyi veb-sayta Sizin təkrarən daxil olub-olmadığınızı müəyyənləşdirə bilməyimiz üçün nəzərdə tutulmuşdur.

Hər bir AdWords  müştərisi unikal “kuki” faylı əldə edir. Bu səbəbdən də, AdWords müştəriləri “kuki” faylları veb-sayt vasitəsilə izləyə bilmirlər. Keçid “kuki” faylı vasitəsilə əldə edilən informasiya, keçidlərin izlənməsini seçmiş AdWords müştəriləri üçün keçidlərin statistikasının tərtib edilməsi məqsədilə nəzərdə tutulmuşdur. Biz elanı klikləyən və  keçidin izlənməsi teqi vasitəsilə veb-sayta yönəldilən istifadəçilərin ümumi sayını öyrənirik. 

Siz brauzerinizin proqram təminatının parametrlərini dəyişməklə Google keçid “kuki” fayllarının saxlanmasını birdəfəlik ləğv edə bilərsiniz.

Məlumatlarınızın emalı üçün hüquqi baza MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndidir.

Google-da məlumatların mühafizəsinə dair daha ətraflı məlumat əldə etmək üçün, lütfən, bu keçidləri klikləyin: http://www.google.com/intl/de/policies/privacy və https://services.google.com/sitestats/en.html. Alternativ qismində Siz İnternet şəbəkəsində  Reklam Təşəbbüsü (NAI) veb-saytını  aşağıdakı ünvanda ziyarət edə bilərsiniz: http://www.networkadvertising.org. Google “Aİ ilə ABŞ arasında məxfi informasiyanın mübadilə qaydaları haqqında Saziş”ə qoşulmuşdur, https://www.privacyshield.gov/EU-US-Framework.

Google Maps

Biz bu veb-saytda Google Maps tərəfindən təklif edilən xidmətlərdən istifadə edirik. Bu, bizə interaktiv xəritələri Sizə bilavasitə veb-saytda təqdim etməyə imkan yaradır və Sizin xəritə funksiyalarına rahat giriş imkanınızı təmin edir. Bunun üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndidir.

Google Maps funksiyalarından istifadə edə bilmək üçün IP ünvanınızın yadda saxlanması zəruridir. Siz veb-sayta daxil olarkən Google, veb-saytımızın müvafiq alt səhifəsini sorğulamanız barədə informasiyanı qəbul edir. Bu, sistemə daxil olduğunuz istifadəçi hesabının Google tərəfindən təmin edilib-edilməməsindən və ya ümumiyyətlə istifadəçi hesabının olub-olmamasından asılı olmayaraq baş verir. Əgər Siz sistemə Google vasitəsilə daxil olmusunuzsa, məlumatlar birbaşa Sizin istifadəçi hesabınızla əlaqələndiriləcəkdir. Əgər məlumatların Sizin Google profilinizlə əlaqələndirilməsini istəmirsinizsə,  düyməni aktivləşdirməzdən əvvəl sistemdən çıxmalısınız. Google Sizin məlumatlarınızı istifadəçi profili qismində saxlayır və onlardan reklam məqsədləri ilə, bazar tədqiqatlarında və / və ya öz saytının tələb üzrə dizaynı üçün istifadə edir. Sizin bu cür istifadəçi profilinin yaradılmasına qarşı etiraz etmək hüququnuz vardır; bu hüququ həyata keçirmək üçün öz etirazınızla bilavasitə Google-a müraciət etməlisiniz.

Google tərəfindən toplanan və emal edilən məlumatların məqsədi və həcminə dair daha ətraflı məlumatı provayderin məlumatların məxfiliyinə dair xəbərdarlıq qeydlərində tapmaq mümkündür. Bu xəbərdarlıq qeydlərində Siz həmçinin, bu baxımdan öz hüquqlarınız və məxfiliyinizin qorunması üçün parametrlərin opsiyaları barədə ətraflı məlumat əldə edə bilərsiniz: http://www.google.de/intl&de/polies.privacy. Google Sizin şəxsi məlumatlarınızı həmçinin Amerika Birləşmiş Ştatlarında da emal edir və “Aİ ilə ABŞ arasında məxfi informasiyanın mübadilə qaydaları haqqında Saziş”ə qoşulmuşdur, https://www.privacyshield.gov/EU-US-Framework.

YouTube plaqinlərindən istifadə

Biz videoçarxları Sizə nümayiş etdirə bilmək üçün digərləri ilə yanaşı, You Tube provayderindən də istifadə edirik. YouTube,  baş qərargahı 901 Cherry Avenue, San Bruno, CA 94066, ABŞ-da yerləşən YouTube MMC tərəfindən idarə olunur. YouTube Google Inc. şirkəti tərəfindən təqdim edilir. YouTube plaqinlərinin istifadəsi üçün hüquqi əsas MMÜQ-ün 6-cı maddəsinin 1-ci hissəsinin (f) bəndidir.

Biz saytımızda YouTube provayderinin plaqinlərindən istifadə edirik. Siz bu plaqini sorğuladıqda, YouTube serverləri ilə bağlantı yaradılır və plaqin nümayiş etdirilir. Bu, veb-saytımızı ziyarət etməyiniz barədə YouTube serverinə məlumat verir. Əgər Siz sistemə YouTube istifadəçisi kimi daxil olmusunuzsa, YouTube bu informasiyanı Sizin şəxsi istifadəçi hesabınızla əlaqələndirəcəkdir. Plaqin,  məsələn, videoçarxın start düyməsini klikləməklə istifadə edildikdə, bu informasiya da həmçinin Sizin istifadəçi hesabınızla əlaqələndirilir. Siz, veb-saytdan istifadə etməzdən əvvəl YouTube istifadəçi hesabınızdan və YouTube MMC və Google Inc. şirkətlərinin digər istifadəçi hesablarından çıxmaqla və bu şirkətlərin müvafiq “kuki” fayllarını silməklə, informasiyanın hesabınızla bu cür əlaqələndirilməsinin qarşısını ala bilərsiniz.

Siz YouTube (Google)-da məlumatların emalı və məlumatların mühafizəsi barədə xəbərdarlıq qeydlərinə dair əlavə informasiyanı bu linkdə tapa bilərsiniz: www.google.de/intl/de/policies/privacy/ External Link .

Vimeo plaqinlərindən istifadə

Biz videoçarxları Sizə nümayiş etdirə bilmək üçün digərləri ilə yanaşı, Vimeo provayderindən də istifadə edirik. Vimeo baş qərargahı 555 West 18th Street, Nyu-York, Nyu-York 10011, ABŞ ünvanında yerləşən Vimeo MMC tərəfindən idarə edilir. Vimeo plaqinlərinin istifadəsi üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndidir.

Biz veb-saytımızda Vimeo provayderinin plaqinlərindən istifadə edirik. Siz bu plaqini sorğuladıqda Vimeo serverləri ilə bağlantı yaradılır və plaqin nümayiş etdirilir. Bu, veb-saytımızı ziyarət etməyiniz barədə Vimeo serverinə məlumat verir. Əgər Siz sistemə Vimeo istifadəçisi kimi daxil olmusunuzsa, Vimeo bu informasiyanı Sizin şəxsi istifadəçi hesabınızla əlaqələndirəcəkdir. Plaqin, məsələn, videoçarxın start düyməsini klikləməklə istifadə edildikdə, bu informasiya da həmçinin Sizin istifadəçi hesabınızla əlaqələndirilir. Siz, veb-saytdan istifadə etməzdən əvvəl Vimeo istifadəçi hesabınızdan çıxmaqla və müvafiq “kuki” fayllarını silməklə, informasiyanın hesabınızla bu cür əlaqələndirilməsinin qarşısını ala bilərsiniz.

Siz Vimeo tərəfindən məlumatların emalı və məlumatların mühafizəsi barədə xəbərdarlıq qeydlərinə dair əlavə informasiyanı bu linkdə tapa bilərsiniz: https://vimeo.com/privacy External Link .

İnformasiya bülleteni

Veb-saytımızda Sizə  informasiya bülletenimizə abunə olmaq imkanı təklif edirik. Elektron poçt ünvanının daxil edilməsi zamanı səhvə yol verilmədiyindən əmin olmaq üçün, biz ikimərhələli təsdiqləmə prosedurundan istifadə edirik: Siz sistemə giriş xanasında e-poçt ünvanınızı daxil etdikdən sonra, biz Sizə təsdiq linkini göndəririk. Siz bu təsdiq linkinə keçid almadan, elektron-poçt ünvanınız bizim abunəçilər siyahımıza əlavə edilmir.

İnformasiya bülleteninin göndərilməsi üçün yeganə mütləq məlumat Sizin elektron-poçt ünvanınızdır. Əlavə, ayrıca qeyd edilmiş informasiyanın daxil edilməsi könüllüdür və Sizə fərdi yanaşma üçün istifadə ediləcəkdir.

Siz təsdiqlədikdən sonra, informasiya bülleteninin Sizə göndərilməsi məqsədi ilə elektron poçt ünvanınızı saxlayacağıq. Hüquq baza: MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (a) bəndidir və Fərdi Məlumatlar Qanununun 8.1-ci maddəsi.

Siz informasiya bülleteni almaq üzrə razılığınızı istənilən zaman geri çağıra və məktublara abunəliyinizi ləğv edə bilərsiniz. Siz informasiya bülleteninin göndərildiyi hər bir elektron məktubda olan linki klikləməklə və ya Təhlükəsizlik Siyasətində göstərilmiş əlaqə məlumatları üzrə məktub göndərməklə razılığınızı geri çağırdığınızı bəyan edə bilərsiniz.

Biz Sizin istifadəçi profilinizi kateqoriyalaşdırırıq ki, Siz yalnız maraq dairənizdə olan informasiyanı qəbul edə biləsiniz.  Sizin istifadəçi davranışınız barədə informasiya bu məqsədlə istifadə olunur. Bundan əlavə, lazımsız elektron poçt göndərişləri etməmək üçün biz, informasiya bülletenlərimizin hansı kontentini açıb oxuduğunuzu qeydə alırıq. Sizin istifadəçi davranışınız barədə məlumatlar müstəsna olaraq psevdonimləşdirilmiş şəkildə toplanır, bu səbəbdən də ID-ləriniz Sizin digər şəxsi məlumatlarınızla əlaqələndirilmir və birbaşa şəxsi identifikasiya istisna edilir. Məqsəd – Sizə, müstəsna olaraq Sizin aktual tələbatlarınıza uyğun olan informasiya bülletenləri göndərməkdir. Məlumatlarınızın emalı üçün hüquqi baza MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndidir və Fərdi Məlumatlar Qanununun 8.1-ci maddəsi.

Şəxsi məlumatların qəbul ediciləri və məlumatların üçüncü ölkələrə ötürülməsi

Əlavə reaksiyalar

Məhsullarımızdan hər hansı birinə qarşı əlavə reaksiyaların mümkün başvermə halları barədə xəbərdar olduqda, biz qanuna uyğun olaraq, müvafiq informasiyanı, o cümlədən şəxsi informasiyanı sənədləşdirməyə və onu dünyanın müxtəlif ölkələrinin hökumətlərinə təqdim etməyə və zərurət olduqda vəziyyətin sonrakı qiymətləndirilməsi üçün hesabatı təqdim edən tərəflərlə əlaqə saxlamağa borcluyuq.

Hüquqlara əməl edilməsinin təmin olunması

Hüquqlarımıza əməl edilməsinin təmin olunması və ya hüquqlarımızın, yaxud üçüncü tərəflərin hüquqlarının qorunması üçün biz, müvafiq informasiyanın, o cümlədən şəxsi məlumatları  bu cür hüquqların sahiblərinə, məsləhətçilərə və hakimiyyət orqanlarına təqdim edə bilərik.

Məlumatların emalı üzrə xidmətlərin xarici təchizatçıları:

Biz, xidmətlərimizin göstərilməsində bizə dəstək olan xidmət təchizatçıları ilə əməkdaşlıq edirik. Bu xidmət təchizatçıları müstəsna olaraq bu “Məxfilik siyasəti”ndə təsvir edilmiş məqsədlər üçün Sizin məlumatlarınızı bizim adımızdan, təlimatlarımıza uyğun olaraq və bizim nəzarətimiz altında emal edirlər.  Bu xidmət təchizatçıları Avropa İttifaqının hüdudlarından kənarda da yerləşə bilərlər (məsələn, Google Ireland şirkətinin "G Suite" xidməti). Biz, Sizin təqdim etdiyiniz  məlumatların Avropa İttifaqının məlumatların mühafizəsinə dair qanunvericiliyinin və Azərbaycan Respublikasının fərdi məlumatların qorunması sahəsində qanunvericiliyinin tələblərinə uyğun olaraq lazımi qaydada mühafizəsinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görəcəyik. Əgər Sizin məlumatlarınız Avropa İqtisadi Zonasının (AİZ) və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən ölkələrə ötürülürsə, biz müvafiq zəmanətlər, məsələn, Aİ Komissiyası tərəfindən təqdim edilən məlumatların mühafizəsinə dair standart müddəalar, Aİ adekvatlıq qətnaməsi və ya “Aİ ilə ABŞ arasında məxfi informasiyanın mübadilə qaydaları haqqında Saziş”  vasitəsilə məlumatların lazımi səviyyədə mühafizəsini təmin edirik.

Məlumatların təhlükəsizliyi

Biz Sizin şəxsi məlumatlarınızı qeyri-düzgün istifadəyə, itirilməyə, məhv olmaya və üçüncü şəxslər tərəfindən icazəsiz girişə qarşı mühafizə etmək üçün  texniki və təşkilati tədbirlərdən istifadə edirik. Bizim təhlükəsizlik tədbirlərimiz müasir texniki inkişaf səviyyəsinə uyğundur.

Sizin hüquqlarınız və əlaqə məlumatları

Ümumi hüquqlar

Siz, barənizdə saxlanılan informasiyanı tələb edə bilərsiniz və təqdim etdiyiniz məlumatları həm adi, həm də maşın tərəfindən oxunulan variantda əldə etmək hüququnuz vardır. Bundan əlavə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, Siz öz məlumatlarınızın silinməsini, onlara düzəliş edilməsini və ya onların emalının məhdudlaşdırılmasını tələb edə bilərsiniz. Əgər Sizin şəxsi məlumatlarınız Aİ-yə daxil olan ölkədən və ya Azərbaycan Respublikasından Aİ-yə daxil olmayan ölkəyə ötürülürsə və həmin ölkə məlumatların lazımi qaydada mühafizəsini təmin etmirsə, Siz şəxsi məlumatlarınızın mühafizəsinin lazımi qaydada həyata keçirilməsinə dair müqavilənin surətini və ya digər zəmanəti tələb edə bilərsiniz. 

Etiraz etmək hüququ

Bundan əlavə, biz Sizin şəxsi məlumatlarınızı öz qanuni maraqlarımız əsasında emal etdiyimiz halda (məlumatların emalı üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndi olduqda) Siz, şəxsi məlumatlarınızın emalına etiraz edə bilərsiniz.

ƏGƏR SİZ Google AdWords, Google Double-Click və ya Google (Universal) Analytics-dən istifadə edirsinizsə və ya Sizə maraqlarınıza əsaslanan informasiya bülleteni göndərilirsə]: Xüsusilə də bu, Sizin məlumatlarınızın təhlil və marketinq məqsədləri üçün Google AdWords, Google DoubleClick və Google (Universal) Analytics tərəfindən emalına, eləcə də bizim maraqlarımıza uyğun olaraq informasiya xarakterli elektron məktub göndərişlərimizin qəbuluna da şamil edilir.

Razılığın geri alınması

Əgər Siz bizim veb-saytımızdan və onunla əlaqədar olan xidmətlərdən istifadə kontekstində öz şəxsi məlumatlarınızın emalına razılıq vermisinizsə, bu razılığı istənilən vaxt təsiri gələcəyə şamil edilməklə ləğv edə bilərsiniz.

Əlaqə məlumatları

Bu hüquqların həyata keçirilməsi üçün məlumatların mühafizəsi üzrə əməkdaşımıza müraciət etməyiniz xahiş olunur. Siz məlumatların mühafizəsi üzrə əməkdaşımızla yuxarıda göstərilmiş ünvan vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Bundan əlavə, hər hansı problem meydana çıxdıqda Siz, bizim fəaliyyətimizə görə məsul olan, məlumatların mühafizəsi üzrə hakimiyyət orqanına müraciət edə bilərsiniz: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi.

Məlumatların mühafizəsinə dair bəyannamənin tarixi: 5 sentyabr 2018-ci il.


AXTARIŞ