Farmakoloji İnkişaf

Dərman yaratmaq üçün dərman tərkibli maddələrin fəal hissələrinin kombinasiyası

"Galenik" termini (ingiliscə galenics) Yunan-Roman mənşəli həkim Kladius Qalenusun adından götürülüb. Həkim Markuz Aurelius sistematik, səmərəli dərman dozalarını yaratdı və bununla da müasir dərmanların əsaslarını qoymuş oldu.

BERLIN-CHEMIE-nin Galenik Şöbəsində (İngiliscə: Pharmaceutical Development Department), işçilər dərmanlarda hazır şəkildə istifadə etmək üçün fəal maddələrin növbəti emalı ilə bağlı bütün məsələlər ilə məşğuldurlar. Daha spesifik şəkildə aşağıdakılar üçün formullar yaradılır:

  • Həbb və lyofilisatlar kimi bərk dərmanlar
  • Məlhəm və krem kimi yarım bərk dərmanlar
  • Məhlul və iynə məhlulu kimi maye preparatları

Yeni yaradılmış dərmanlar onların sabitliyi baxımından sınaqdan keçirilir. Farmakoloji İnkişaf şöbəsi səmərəlilik və təhlükəsizliyi sübut edən kliniki tədqiqatları üçün bütün lazımi nümunələri yaradır.

Formakoloji İnkişaf şöbəsinin işçiləri MENARINI Group-un 50-dən artıq Tədqiqat və İnkişaf layihələrində hal-hazırda işləyirlər.

Müasir laboratoriyalar və təmiz otaqlardakı texnologiyalar bu həvəsli işçilərin ixtiyarındadır; yeni istehsal və qablaşdırma avadanlığı kliniki nümunələrin mükəmməl nümunələrinin yaradılmasını mümkün edir.


AXTARIŞ