İstehsal

İstehsal

Yüksək keyfiyyətli dərman istehsalı

BERLIN-CHEMIE MENARINI Group-un fəlsəfəsi əsasında yüksək keyfiyyətli dərmanların ultra müasir və təhlükəsiz istehsalına zəmanət verir.

BERLIN-CHEMIE SC dərman istehsalında uzun illərin ənənəsinə və yüksək dərəcədə həvəsli\. mükəmməl şəkildə təlimləndirilmiş istehsalat işçilərinə malikdir.

Biz bərk dərmanlar (həbb, üzərində qat olan həbblər, kapsullar), mayelər (məhlul və damcılar), sulu dərmanlar, o cümlədən Berlindəki Adlershof və Britz ərazilərində iynə üçün məhlulların istehsalı ilə məşğuluq.

Bu istehsalat avadanlıqları ən yüksək texnoloji standartlara uyğun təmamilə yenilənmişdir və bizə yüksək keyfiyyətli dərmanların səmərəli istehsalına imkan verir.

Yüksək standartıara uyöun yeni vahid 2000-ci ildə Adlershof ərazisində iynə şəklində vurulan məhlulların istehsalı üçün quraşdırılmışdır. 2001-ci ildə ağızdan qəbul olunan maye dərmanların istehsalı üçün yeni avadanlıq tətbiq olunmuşdur.

Həbblərin, kapsulların və üzərində qat olan həbblərin qablaşdırılması üçün 11 istehalı xəttinə malik müasir istehsalat binası 2003-cü ilin Aprel ayında açılmışdır.

İldə 339 işçi tərəfindən təqribən 270 milyon qutu dərman istehsal olunur. Bu dərmanlar bütün dünyada xəstəlikləri müalicə etmək üçün istifadə olunur.

Biz həmçinin digər əczaçılıq şirkətlərini bizim heyətin xüsusi nou-hauları ilə təmin edirik. Əgər sizin hər hansı bir sualınız varsa, bizimlə əlaqə qurun:

Tel.: (+49) 030-6707-2651
Faks: (+49) 030-6707-2119


AXTARIŞ