Left menu

Məxfİlİk Qaydalari

Giriş

Berlin-Chemie AG / Menarini şirkətinin Azərbaycanda nümayəndəliyi (“Şirkət”) istifadəçinin məxfiliyinə çox ciddi yanaşır, bacardığı qədər ona hörmət edir. www.berlin-chemie.az veb-saytına (“Veb-sayt” və ya “Sayt”) baş çəkib Saytda göstərilmiş xidmətlərə müraciət edərkən, Şirkət şəxsi məlumatlarınızı yadda saxlıya bilər.Cari Məxfilik Qaydaları (“Məxfilik Qaydaları”), Veb-sayt vasitəsi ilə şəxsi məlumtlarınızın istifadəsinə dair hərəkətləri, Şirkətin bu istiqamətdə olan öhdəçiliklərini əhatə edir.

Məlumatların qorunmasına dair qüvvədə olan qanunda (“Məxfilik Qanunu”) nəzərdə tutulmuş bütün hallarda şəxsi məlumatlarıvızı istifadə etmək üçün ilkin olaraq sizin razılığınız tələb olunacaq.

Üçüncü tərəflərin şəxsi məlumatları təqdim etdiyiniz halda, bu məlumatların Şirkətə açıqlanması (və qüvvədə olan məxfilik haqqında məlumat bildirişində nəzərdə tutulmuş məqsədlərə xidmət göstərən həmin məlumatların sonrakı istifadəsi) Məxfilik Qanununa, habelə qüvvədə olan qanun və normativlərə uyğun olması üçün, siz əvvəlki hərəkətləri etməlisiniz: məsələn, üçüncü tərəfləri tələb olunan şəkildə məlumatlandırıb və onlardan xüsusi razılıq aldıqdan sonra, siz üçüncü tərəflərin şəxsi məlumatlarını təqdim edə bilərsiniz.

Şəxsi məlumatların nəzarətçisi

Şəxsi verilənlərin operatoru, Berlin-Chemie AG / Menarini şirkətinin Azərbaycanda nümayəndəsidir. Ünvanı, C.Cabbarlı küç., 44, 9-cu mərtəbə, Kaspian Plaza 1 biznes mərkəzi, AZ 1065, Bakı .

Məlumatların istifadə olunmuş növləri

“Naviqasiya məlumatları” və kukiləri istisna edərək, veb-sayta baş çəkmə və ya veb-saytda məsləhətləşmələr aparmaq aşağıda ətraflı göstərdiyimiz kimi bir qayda olaraq şəxsi verilənlərinizin toplanması və emalı ilə nəticələnmir. Bundan başqa, Veb-saytın bəzi funksiyalarına qarşılıqlı təsir göstərərək və ya Saytda olan müəyyən xidmətləri tələb edərkən siz, ola bilsin ki, könüllü olaraq şəxsi məlumatlarıniz ilə veb-sayta təqdimn edəsiniz.

Naviqasiya məlumatları və kukilər

Veb-saytda şəxsi məlumatlarınızın istifadəsi “naviqasiya verilənləri” ilə, yəni Veb-saytın və habelə İnternet kommunikasiya protokollarının idarə edilməsi üçün quraşdırılmış kompyuterləşdirilimiş sistemlərin işləməsi üçün zəruri olan Veb-sayta ötürülən məlumatlar ilə məhdudlaşır. Məsələn, Veb-sayta baş çəkmək üçün istifadə olunan İP ünvanlar və domen adları, habelə Veb-sayta qoşulmaq üçün istifadə olunan əməliyyat sisteminin digər parametrləri. Veb-saytın işləməsinə nəzarət etmək üçün və onun effektivliyini artırmaq üçün Şirkət yalnız statistika məqsədi güdərək anonim şəkildə həmin və digər məlumatları (məsələn, veb-sayta daxil olmaların sayı, veb-saytda sərf olunan vaxt) toplayır. Həmin məlumatlar Sayt istifadəçilərə aid digər məlumat ilə əlaqələndirmək məqsədi ilə toplanmır, sizin eyniləşdirilmənizə aid məlumata yol açmır. Lakin, həmin məlumatların növü sayəsində, məlumat, istifadə olunarkən, üçüncü tərəflərin əldə etdiyi digər məlumatlar ilə əlaqələndirilərkən, sizin eyniləşdirilmənizə aid olan məlumata yol aça bilər Məhz bu səbəbdən, naviqasiya məlumatları istifadədən sonra dərhal de-indentifikasiya olunur və yalnız Veb-sayta və ya Veb-sayt vasitəsi ilə zərər vurmaqla bağlı kompyuter cinayətlərinə dair məsuliyyətləri müəyyən etmək üçün Şirkət tərəfindən bərpa edilə bilər. Öncədən qeyd olmağına baxmayaraq naviqasiya məlumatları qeyd etdiyimiz kimi qüvvədə olan qanunlara uyğun olaraq yalniz məhdud müddət ərzində saxlanıla bilər.

Sayt “kukilərdən” istifadə edir. Saytdan istifadə edərkən, siz, bu Məxfilik Qaydalarında qeyd edildiyi kimi kukilərdən istifadə etməyə razılığınızı verirsiniz.

Kukilər, fiziki diskdə saxlanılmış kiçik fayllara deyilir. Saytda “sessiya kukilərdən ” və “davamlı kukilərdən ” istifadə edilir.

Sessiya kukiləri, Saytın istifadəsini asanlaşdırmaq, daxili təhlükəsizliyi təmin etmək və sistemi nəzarət etmək üçün müvəqqəti məlumat sətirləridir. Saytda istifadə olunan kukilərin tərkibində istifadəçilər haqqında məlumat yoxdur. Bu kukilər müvəqqəti rejimdə saxlanılır, brauzeri bağladığınız zaman dərhal silinir.

Davamlı kukilərin müxtəlif müddətləri (1 saatdan bir ilədək) olur. Şirkət, yalnız istifadəçinin seçdiyi dili saxlamaq üçün, statistika məqsədi daşıyan Veb-sayta olan daxil olmaları və ya ziyarətləri təhlil etmək üçün Şirkətə imkan yaradan Google Analytics sisteminə statistika məlumatını göndərmək məqsədi ilə həmin növlü kukiləri qəbul edir. Kukilər məhz statistika məqsədi ilə qəbul edilir, onlarda olan məlumat isə cəm şəkildə toplanır. Kukilər cütlüyündən istifadə edərək (davamlı və brauzeri bağlayaraq silinən sessiya kukilər nəzərdə tutulur), Google Analytics həmçinin Veb-sayta ziyarətin başlanqıcının və çıxmasının vaxt möhürünü saxlayır.

Saytda istifadə olunan kukilər Saytın istifadəçiləri haqqında məlumatı toplamır; lakin brauzerinizin parametrlərini dəyişərkən siz kukiləri qeyri-aktiv edə bilərsiniz.

Bir çox brauzerlərinin alət panelində yerləşən “Kömək” bölməsi, kukilərin, veb mayakların və digər izləmə texnologiyaların, habelə həmin texnologiyaların olması və onları necə qeyri-aktiv olunması haqqında brauzerdən məlumat alınmasından yayınır.

Lakin kukilərin qeyri-aktiv edilməsi Veb-saytdan istifadə etmək imkanınızı azalda bilər, Saytda olan funksiya və xidmətlərdən tam faydalanmağınızın qabağını ala bilər.

Şirkət, Veb-saytdan keçid ala biləcəyiniz üçüncü tərəflərin veb-saytlarında istifadə edilən kukilərə, veb mayaklara və digər izləmə texnologiyalara nə keçə bilmir, nə də ki, onları idarə edə bilmir. Şirkət, qeyd olunan veb-saytlarda dərc edilmiş və ya onlardan alınmış məzmun və sənədlərə keçid ala bilmir və onları idarə edə bilmir; Şirkət, öz öhdəliyini daşındıran şəxsi məlumatların istifadəsinə keçid ala bilmir və ya onu idarə edə bilmir. Sizin şəxsi məlumatlarınızı istifadədə üçün tətbiq edilıən terminləri öyrənmək məqsədi ilə siz, Saytdan keçid aldığınız üçüncü tərəflərin Məxfilik Qaydalarıni yoxlayacaqsınız. Güman edilir ki, cari Məxfilik Qaydaları yuxarıda qeyd etdiyimiz Veb-saytda tətbiq edilir.

Şəxsi məlumatların yazılması və yadda saxlanılması

Şəxsi məlumatlar, Şirkətə məxsus kompyuterləşdirilmə sistemləri tərəfindən saxlanılır və istifadə edilir, Şirkət və ya üçüncü tərəflərin texniki xidmətlərinin təchizatçıları tərəfindən idarə edilir; daha ətraflı məlumat almaq üçün aşağıda göstərilən “Məlumatlara giriş ” bölməsinə baş çəkin .Məlumatlar yalnız yüksək ixtisaslı işçi heyəti, o cümlədən fövqəladə xidmət işləırini yerinə yetirən işçilər tərəfindən istifadəl edilir.

Məlumatların məqsədi və istifadə qaydaları

Şirkət aşağıdakı məqsədlərə görə sizin şəxsi məlumatlarıvızı istifadə edə bilər: sizin kommunikasiyalarınızın (o cümlədən farmakoloji nəzarətə aid tədbirlər haqqında bildirişin) idarə edilməsi, sizin məlumatın alınmasına dair xahişlərinizin idarə edilməsi və s.

Şəxsi məlumatlarıniz, Məxfilik Qaydalarına, məlumatların təhlükəsizliyi və məxfiliyinə, ədalətli və hüquqi məlumatların istifadəsinə uyğun olaraq kağız və elektron formada istifadə edilir.

Məlumatlar, toplanmasının xüsusi məqsədinə nail olunması üçün zəruri olan müddət ərzində saxlanılır

Şəxsi məlumatların təhlükəsizliyi və keyfiyyəti

Məlumatların itməsini, məlumatlardan qeyri-qanuni və yasaq edilmiş istifadəsini və həmin məlumatlara icazəsiz daxil olmanın qabağını almaq məqsədi ilə sizin şəxsi məlumatlarınızın təhlükəsizliyini müdafiə edilməsini və Məxfilik Qanununda və qüvvədə olan hər hansı bir qaydalarda nəzərdə tutulan təhlükəsizlik müddəalarının icra edilməsini Şirkət öhdəsinə götürür.

Şirkət, məlumatların dəyişilməsindən, itirilməsindən, icazəsiz daxil olunmasından qorumaq məqsədi ilə, çoxsaylı qabaqcıl təhlükəsizlik texnologiyaları kimi müvafiq texniki tədbirlər görür: faktiki olaraq, şəxsi məlumatlarıvızı məhdudlaşdırlımış girişi və nəzarəti olan otaqlarda yerləşən serverlərdə yerləşdirir. Bundan başqa, şəxsi və/və ya eyniləşdirilmə verilənləri minimuma endirmək məqsədi ilə Şirkət istifadə olunan məlumat sistemləri və kompyuter proqramları quraşdırır. Məlumatlar, ən ciddi zəruri dərəcədə və yalnız onların toplanmasının xüsusi məqsədinə nail olmaq üçün istifadə edilir. Ünvanınıza, ixtisaslarınıza, əlaqə təfsilatlarına və s. dair istənilən məlumatı bizə ötürülməsi vasitəsi ilə şəxsi məlumatlarıvızı yeniləmək və/və ya onun düzgün olmasını təmin etmək məqsədi ilə siz Şirkətə kömək edə bilərsiniz.

Məlumatlara daxil olma

Şəxsi məlumatları Şirkət daxilində məlumatların istifadəsi ilə məşğul olan işçi heyəti əldə edə bilir. Vəzifələrini yerinə yetirən həmin işçi heyətin, öz tələblərini idarə etmək üçün məlumatları istifadə etmək ehtiyacları ola bilər. Məlumatlar, Şirkətin habelə Menarini Gqrupunun digər şirkətlərinin, o cümlədən A. Menarini Industrie Farmaceutiche Riunite Srl şirkətinin digər işçilərinə yuxarıda qeyd etdiyimiz həmin məqsədlər və/və ya inzibati məqsədlər ilə açıqlana bilər.

Yuxarıdakı paraqrafın müddəalarına xələl gətirməyərək, sizin şəxsi məlumatlar, istər fiziki, istərsə də hüquqi şəxs kimi fəaliyyət göstərən üçüncü tərəflərə ötürülməyəcək, hər hansı bir üsulla və ya hər hansı bir formada yayımlanmayacaq.

Şəxsi məlumatların təmin edilməsi

Əgər məlumatlarınız ulduzla [*] nişanlanıbdırsa, onlar, Sayt vasitəsi ilə alınmış sorğuların (məsələn, məlumat və/və ya material sorğularının) istifadə edilməsi və ya bu sorğulara cavab vermək üçün sizinlə əlaqə qurmaq üçün Şirkət üçün zəruridir. Həmin məlumatları təmin etməkdən sizin imtina etməniz, istədiyiniz xidmətlərin Şirkət tərəfindən təmin olunmasının qabağını alır. Ulduz ilə nişanlanmamış digər məlumatların təmin edilməsi vacib deyil: imtina etmənizin faktiki əhəmiyyəti olmayacaq.

Hüquqlarınızın icrası

Siz, istənilən vaxt Məxfilik Qanununda nəzərdə tutulmuş hüquqlarınızı, o cümlədən Şirkət daxilində şəxsi məlumatlarınızın mövcudluğunun təsdiqini almaq, məlumatlarınızın məzmununu, mənbəyini və dəqiqliyini yoxlamaq və/və ya məlumatlarınızın yenilənməyini, məlumatlarınız qeyri-qanuni istifadəl olunma hallarda, silinməyini və/və ya de-identifikasiya olunmasını tələb etmək, habelə hər hansı bir hüquqi səbəbə görə həmin məlumatlarının istifadəsini dayandırmaq hüquqlarından yararlana bilərsiniz.

İstənilən vaxt siz elektron məktub vasitəsi ilə Şəxsi məlumatların operatorundan istifadə edə bilərsiniz. Şəxsi məlumatlarınız istifadə haqqında məlumatı almaq, Məxfilik Qanununda nəzərdə tutulan hüquqlarınızdan yararlanmaq, habelə məlumatlarınıza əli çata bilən subyektlərın yenilənmiş siyahısını almaq məqsədi ilə biz ilə əlaqə saxlayın ) və ya bizə məktub yazın.Ünvanımız: Berlin-Chemie AG / Menarini, Azərbaycanda nümayəndə, C. Cabbarlı küç.,44, 9-cu mərtəbə, Kaspian Plaza 1 Biznes mərkəzi, AZ 1065, Bakı)


AXTARIŞ